Xəbər lenti

Uşaq bağçasından ət maşını, tanışının evindən paltaryuyan maşın oğurladı
Ölkə 19:00 18.03.2025

Uşaq bağçasından ət maşını, tanışının evindən paltaryuyan maşın oğurladı

Xırdalan şəhərində fəaliyyət göstərən 17 saylı körpələr evi-uşaq bağçasında oğurluq hadisəsi baş verib. 

Qaynarinfo xəbər verir ki, bağçanın mətbəxindən bir ədəd "Panasonic" markalı ət çəkən maşın oğurlanıb. Oğurluğu törədən şəxs müşahidə kamerasına düşməmək üçün onun üzərini bağlayıb. 

Bağçanın rəhbərliyi olayla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edib. Polislər hadisə yerinə gəlib. Oğurluq edən şəxsin kameraya düşməməsinə baxmayaraq. onu tapmaq mümkün olub. Məlum olub ki, hadisəni törədən usta işləyən S. adlı şəxsdir. Araşdırmalar nəticəsində aydın olub ki, o, A. adlı xanım tanışının evindən də "Beko" markalı paltaryuyan maşın oğurlayıb. 

Ona Cinayət Məcəlləsinin 177.2.2-ci (Oğurluq - təkrar törədildikdə) 177.2.3-cü (Oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) ittiham elan edilib. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirin seçilib. 

Lakin qısa müddət sonra o, yenidən polis tərəfindən saxlanılıb. Bu dəfə narkotikaya görə tutulub. Ona Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma  maddəsi ilə ittiham edilib) maddəsi ilə ittiham elan edilib və barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. 

Abşeron Rayon Məhkəməsində mühakimə olunan S. elan olunmuş ittihamlar üzrə təqsirli bilinib və ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. 

Başqa bir cinayət əməlinə görə S.-nın üzərində olan 8 ay 11 günlük azadlığın məhdudlaşdırılması cəzası qismən birləşdirilib və ona qəti olaraq 3 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->