Xəbər lenti

Ronaldo millidən kortəbii şəkildə gedəcək
Dünya 21:12 26.08.2024

Ronaldo millidən kortəbii şəkildə gedəcək

Kriştianu Ronaldo Portuqaliya millisindən ayrılmaq qərarının kortəbii olacağını bildirib.

Qaynarinfo bu barədə "A Bola" nəşrinə istinadən xəbər verir.

"Milli komandadan ayrılanda heç kimə əvvəlcədən deməyəcəyəm. Bu, mənim tərəfimdən çox kortəbii bir qərar olacaq. Həm də çox düşüncəli... İndi milli komandaya kömək etmək istəyirəm", deyə Ronaldo bildirib.

Portuqaliya millisinin heyətində Ronaldo 2016-cı ilin Avropa çempionu olub, həmçinin Portuqaliyalıların Yunanıstana 0:1 hesabı ilə uduzduğu AVRO-2004-ün finalında da iştirak edib.

2 yanvar 2023-cü ildə Ronaldo ildə 200 milyon avro aldığı müqaviləyə əsasən Səudiyyə Ərəbistanından "Əl-Nasr"ın oyunçusu olub. Sözləşmədə portuqaliyalı və ailəsi üçün əlavə bonuslar da var. O, əvvəllər "Sportinq", "Mançester Yunayted" (iki dəfə), "Real Madrid" və "Yuventus"da çıxış edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->