Bir çox turist qlamurluq saçan və üslub, gözəllik və zərifliyin mükəmməl qarışığını təklif edən şəhərlərə üz tutur. Dünyanın hər yerindən modaçılar oraya alış-veriş, dəb tədbirləri və ya sadəcə yerli spalarda dincəlmək üçün gəlirlər.
Qaynarinfo xəbər verir ki, "Catrice" kosmetika firmasının mütəxəssisləri 2025-ci ildə Avropanın ən cazibədar şəhərlərini müəyyən etmək üçün pərakəndə satış məntəqələrinin, spa və gözəllik salonlarının sayını, yaxınlıqdakı yoqa və pilatesə onlayn marağı, moda və gözəllik tədbirlərinin tezliyini, hər bir şəhər üçün üslubla bağlı "Instagram" həştəqlərinin həcmini təhlil ediblər.
Mütəxəssislərin 4500-dən çox gözəllik salonu, 850-dən çox SPA salonu, demək olar 2100 mağaza, 4200 tematik tədbir, 484 000 yoqa axtarışı və "Instagram"da 5 milyondan çox tematik həştəq hesabladığı reytinqə Britaniyanın paytaxtı London başçılıq edir.
Eyni zamanda, araşdırma müəllifləri qeyd edirlər ki, reytinq tərtib edilərkən müxtəlif ölçülü şəhərlərin ədalətli müqayisəsini təmin etmək üçün xidmət və müraciətlərin sayının şəhərlərin əhalisinə nisbəti nəzərə alınıb. Beləliklə, 500 min nəfərdən az əhalisi olan İsveçrənin Sürix şəhəri reytinqdə ikinci yeri tutmağı bacarıb. İlk üçlüyü Paris qapayır.
2025-ci ildə Avropanın ən cazibədar 10 şəhəri
1. London, İngiltərə
2. Sürix, İsveçrə
3. Paris, Fransa
4. Venesiya, İtaliya
5. Amsterdam, Niderland
6. Barselona, İspaniya
7. Lissabon, Portuqaliya
8. Edinburq, Şotlandiya
9. Dublin, İrlandiya
10. Milan, İtaliya
Aydın
Şərhlər