Xəbər lenti

Bakıda məktəbli qızın qolundan tutan şəxs həbs edildi:
Ölkə 19:04 11.04.2025

Bakıda məktəbli qızın qolundan tutan şəxs həbs edildi: "Salam verdim..."

Xətai rayonu, 8 Noyabr prospektinə yerləşən 59 saylı məktəbdə oxuyan qızları qorxudan şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, məktəbli qızlara qarşı xırda xuliqanlıq əməlinə görə 1983-cü ildə Xaçmaz rayonunda anadan olmuş D.R. saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xətə protokolu tərtib edilib və baxılması üçün məhkməyə göndərilib. 

Məhkəmədə məlum olub ki, H.H. 59 saylı məktəbdən rəfiqəsi ilə evə qayıdan zaman bir nəfər onlara salam verib və daha sonra qolundan tutaraq onunla getməsini istəyib. H.H. rəfiqəsi ilə D.R.-dan qorxub, oradan uzaqlaşıb. Qız daha sonra bu barədə anasına məlumat verib. 

Təqsirləndirilən şəxs isə özünü təqsirli bilməyərək deyib ki, məktəbin yanında azyaşlı uşaqlara salam verib. Bu zaman uşaqlardan birinin qohumu ona yaxınlaşaraq, niyə uşaqlara salam verdiyini soruşub və o da hadisə uzaqlaşıb. 

Məhkəmənin qərarı ilə D.R. 20 gün müddətində həbs olunub. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->