Xəbər lenti

Dünya 17:40 11.04.2025

"Ramşteyn" Ukrayna üçün hərbi maliyyələşmənin rekord həddə artırdı

Bu gün Böyük Britaniya və Almaniyanın çağırışı ilə keçirilən Ukraynanın müdafiəsi üzrə Əlaqələndirmə Qrupunun ("Ramşteyn-27”) iclasında koalisiya iştirakçıları Ukrayna müdafiəçiləri üçün 21 milyard avrodan çox hərbi yardım ayırmağı öhdələrinə götürüblər.

Qaynarinfo UNIAN-a istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Hili Brüsseldə NATO-nun qərargahında keçirilən "Ramşteyn-27” toplantısından sonra keçirilən brifinqdə bildirib.

"Bu gün Əlaqələndirmə Qrupunda açıqlanan yeni hərbi dəstək öhdəliklərinin ümumi həcmi 21 milyard avronu keçir”, – deyə Hili vurğulayıb.

Britaniyalı nazirin sözlərinə görə, bu, Ukrayna üçün hərbi maliyyələşmənin rekord həddə artırılmasıdır və eyni zamanda Ukraynanın döyüş meydanında apardığı mübarizəyə dəstəyin genişləndirilməsidir.

Hili xatırladıb ki, Böyük Britaniya bu il Ukraynaya hərbi dəstək üçün 4,5 milyard funt sterlinq ayıracaq.

Bu gün o, cəbhədəki Ukrayna müdafiəçilərinə yardımın artırılması üçün əlavə 350 milyon funt sterlinq ayrıldığını elan edib. Bu paketə radar sistemləri, tank əleyhinə minalar və yüz minlərlə yeni dron daxildir.

Bundan əlavə, döyüş meydanından olan texnikanın təmiri və xidməti üçün 150 milyon funt sterlinqlik əlavə maliyyələşmə nəzərdə tutulur. Hili bildirib ki, bu vəsait qarşıdakı aylar üçün planlaşdırılmış yeni təşəbbüslərin bir hissəsidir və 3 minədək Ukrayna texnikasının təmir edilərək yenidən döyüş meydanına qaytarılmasını nəzərdə tutur.

UNIAN-ın xəbər verdiyi kimi, bu gün, 11 aprel tarixində "Ramşteyn” formatında keçirilən iclasın əvvəlində Hili bu gün Ukraynaya əlavə yardım öhdəliyi elan etməyəcək ölkələrin nümayəndələrinə müraciət edib.

O, bu ölkələri Ukraynaya dəstək üçün əlavə nə edə biləcəklərinə daha ciddi baxmağa çağırıb. Çünki "hazırkı hərbi yardım Ukraynaya bu gün döyüşməkdə və sabah davamlı sülhü təmin etməkdə kömək edəcək”. Hili həmçinin bildirib ki, 2025-ci il Ukrayna üçün "həlledici” olacaq.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->