Xəbər lenti

WUF13-də mənzil siyasətinə dair
Ölkə 09:57 18.05.2026

WUF13-də mənzil siyasətinə dair "Dünya şəhərləri" hesabatı təqdim ediləcək

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində mənzil siyasəti məsələlərinə və şəhər inkişafı sahəsində lokal həllərə həsr olunmuş "Dünya şəhərləri" hesabatı təqdim ediləcək.

Bu barədə UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax WUF13-ün açılışına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hesabatda mənzil problemlərinin həllində və dayanıqlı inkişafın lokal mexanizmlərinin inkişaf etdirilməsində müxtəlif şəhərlərin və ölkələrin təcrübəsi təhlil edilir.//Report
--> -->