Xəbər lenti

İran ABŞ-la birbaşa danışıqları rədd etdi
Dünya 18:38 30.03.2025

İran ABŞ-la birbaşa danışıqları rədd etdi

Tehran Trampa cavab məktubunda Vaşinqtonla birbaşa danışıqlardan imtina edib, yalnız vasitəçilik üçün pəncərə açılıb.

"Report" "Tasnim News"a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Nazirlər Kabinetinin iclasında deyib.

Pezeşkian deyib ki, İran amerikalı həmkarının məktubuna cavabı Oman vasitəsilə göndərib.

"İran vasitəçilik yolu ilə danışıqlara açıq olduğunu bəyan edir və heç vaxt danışıqlardan yayınmadığını vurğulayır", - Pezeşkian bildirib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->