Yelo Bank, 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi (Caspian Agro) və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi (Interfood Azerbaijan) çərçivəsində keçirilən II Beynəlxalq Aqrar İnnovasiyalar Forumunda iştirak edib.
Bakı Ekspo Mərkəzində baş tutan tədbirdə 31 ölkədən 440-dan çox iştirakçı öz təcrübələrini və yenilikçi yanaşmalarını paylaşdı. Sərginin əsas məqsədi aqrar-sənaye kompleksində texnologiyaların tətbiqi, yerli və xarici mütəxəssislər arasında təcrübə mübadiləsi və əlaqələrin gücləndirilməsidir.
Forum çərçivəsində keçirilən "Dövlətin maliyyə mexanizmləri" panel müzakirəsində Yelo Bank-ı mikro biznes müştəriləri departamentinin direktor müavini Yusif Əliyev təmsil edib. O öz çıxışında aqro kredit sahəsində Yelo Bankın təqdim etdiyi müasir bank məhsulları və kredit şərtləri haqqında məlumat verərək, mikro və kiçik sahibkarlara maliyyə resurslarına çıxışın asanlaşdırılmasının əhəmiyyətini vurğulayıb.
Yelo Bank, kənd təsərrüfatı sektorunun davamlı inkişafını dəstəkləyir və bu sahədə fəaliyyət göstərən sahibkarlara hər zaman faydalı həllər təqdim etməyə davam edəcək.
Yelo Bank – Parlaq bankçılıq!
Şərhlər