Xəbər lenti

Qayınanasının üzünə tüpürüən gəlinlə bağlı qərar verildi
Ölkə 13:39 20.05.2025

Qayınanasının üzünə tüpürüən gəlinlə bağlı qərar verildi

Qax rayonunda evinə qonaq gələn qayınanasını döyən gəlinin məhkəmə prosesi başa çatıb.

Qaynarinfo-nun məlumatına görə, hadisə rayonun kəndlərindən birində baş verib.

1990-cı il təvəllüdlü F.G. ilə qonaq qismində evinə gələn qayınanası E.R. arasında mübahisə yaranıb. Gəlin evin həyətinə qayınanasından onun barəsində nalayiq şayiələr yaymasının səbəbini soruşub. E.R. isə deyilənləri təkzib edib və F.G. haqqında heç bir yerdə mənfi fikir bildirmədiyini qeyd edib.

Bu zaman F.G. əsəblərinə hakim ola bilməyərək E.R.-nin üzünə tüpürüb və ona fiziki xəsarət yetirib. Hadisədən dərhal sonra F.G. saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi (xırda xuliqanlıq) ilə protokol tərtib olunub. İş məhkəməyə göndərilib.

Məhkəmə F.G.-ni qeyd olunan inzibati xətanı törətməkdə təqsirli bilib və ona 300 manat məbləğində cərimə cəzası tətbiq edib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->