Xəbər lenti

Sumqayıtda partlayış: Beş nəfər xəsarət alıb, üçünün vəziyyəti ağırdır (YENİLƏNİB)
Ölkə 13:49 20.05.2025

Sumqayıtda partlayış: Beş nəfər xəsarət alıb, üçünün vəziyyəti ağırdır (YENİLƏNİB)

Sumqayıtda müəssisədə partlayışda beş nəfər xəsarət alıb, üçünün vəziyyəti ağırdır.

Bu barədə Qaynarinfo-ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. 

Bildirilib ki, Sumqayıt şəhərində baş verən partlayış səbəbindən mayın 20-si saat 12:20 radələrində beş kişi Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Müxtəlif dərəcəli yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən üç nəfər Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunur.

Digər iki nəfərin müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağırdır.
 
13.05

Sumqayıt şəhərində yerləşən sənaye müəssisələrindən birində partlayış baş verib. 

"Report" xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində yerləşən zavodlardan birində qeydə alınıb.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.

İlkin məlumata əsasən, hadisə nəticəsində üç nəfər xəsarət alıb.

Partlayışın səbəbləri araşdırılır, ərazidə təhlükəsizlik tədbirləri görülür.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->