Açıq ürək əməliyyatı keçirən Bakı Uşaq və Gənclər Teatrının direktoru İntiqam Soltan xəstəxanadan evə buraxılıb.
Bu barədə Qaynarinfo-ya açıqlamasında aktyorun özü məlumat verib.
İntiqam Soltan bildirib ki, həkimlər ona iki ay evdən çıxmamağı tövsiyə ediblər:
"Ağrılarım çoxdur. Hər dəqiqə ağrıkəsici də vurmaq istəmirəm. Həkimlər daxili orqanları stabilləşdiriblər, kəsilən yerlər hələ indi ağrımağa başlayır. Elə olur ki, barmaqlarımın ucuna qədər bütün əzələlərim ağrıyır".
Sənətçi müalicəsinin iki ay ev şəraitində davam edəcəyini bildirib:
"Həkimlər 2 ay ev müalicəsi tövsiyə ediblər, amma bilmirəm əsəblərim buna necə tab gətirəcək, ya yox".
Xatırladaq ki, bir neçə gün əvvəl Bakı Uşaq və Gənclər Teatrının direktoru İntiqam Soltanın səhhəti pisləşib və o, xəstəxanaya yerləşdirilib. Daha sonra o, açıq ürək əməliyyatı keçirib.
Bahar Rüstəmli
Şərhlər