Xəbər lenti

Saleh Səmədov nə qədər pul mənimsəyib? - Məhkəmədə açıqlandı
Ölkə 11:59 20.05.2026

Saleh Səmədov nə qədər pul mənimsəyib? - Məhkəmədə açıqlandı

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə məhkəmənin ilk baxış iclası keçirilib. 

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Fuad Musayev ittiham aktını elan edib.

İttiham aktında göstərilib ki, o, 200 min manat mənimsəyib. 

İttihama münasibət bildirən Saleh Səmədov özünü qismən təqsirli bilib. 

Məhkəmə vaxt azlığından iyunun 10-na təyin edilib. 

Qeyd edək ki, S.Səmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunub.

Xatırladaq ki, Saleh Səmədov ötən il 9 May-Faşizm üzərində Qələbə Günü keçirilən tədbirdə özünü ifşa etmişdi. Həmin vaxt rayon ağsaqqalının SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan "Georgi lenti” ilə çıxış etməsi ictimai qınağa səbəb oldu. Bu qalmaqaldan sonra S.Səmədov vəzifəsindən azad edildi. Bir müddət sonra isə DTX onun korrupsiya cinayətlərini üzə çıxardı. Keçmiş şura sədri 1 ildir həbsdədir.

S.Səmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunub.
--> -->