Xəbər lenti

ChatGPT-nin
Texnologiya 17:47 20.04.2025

ChatGPT-nin "təşəkkürü" "OpenAI"a milyonlarla dollara başa gəlir

"Tom's Hardware" portalının məlumatına görə, "OpenAI" şirkəti hər il ChatGPT-nin "təşəkkür edirəm" və "zəhmət olmasa" kimi nəzakətli cavablarını təmin etmək üçün on milyonlarla dollar vəsait xərcləyir.

Qaynarinfo xəbər verir ki, cansız süni intellektin nəzakətli olmasına çəkilən bu böyük xərclərə baxmayaraq, "OpenAI" şirkətinin baş direktoru Sem Altman bu sərmayələrin tam əsaslı olduğunu düşünür. Onun fikrincə, bu tip ifadələr istifadəçilərlə süni intellekt arasında daha dostyana və insani ünsiyyət forması yaradır.

Hərçənd süni intellekt emosiyalar yaşamır, istifadəçilər tez-tez ona insan kimi təşəkkür edirlər. Lakin "heç bir şey deyil" kimi sadə cavablar belə əhəmiyyətli hesablama resursları, enerji və su sərfi tələb edir. 

"OpenAI" xərcləri azaltmaq məqsədilə şablon cavabların tətbiqini nəzərdən keçirir, lakin təbii dialoq təəssüratını qoruyub saxlamağa üstünlük verir. Daha əvvəl "OpenAI" və Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatçıları xəbərdarlıq etmişdilər ki, istifadəçilərin süni intellektlə emosional bağ qurması və onu tam hüquqlu həmsöhbət kimi qəbul etməsi psixoloji asılılıq riski yarada bilər.

Bundan əlavə, süni intellektə çıxış üçün ödəniş edən istifadəçilər əslində nəzakətli cavabların dəyərini də bu ödənişə daxil etmiş olurlar. Mütəxəssislərin fikrincə, gələcəkdə insan və maşın arasında ünsiyyət sərhədlərinin silinməsi, süni intellektlə nəzakətli davranma vərdişini daha da aktuallaşdıra bilər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->