Xəbər lenti

Quşçuluq şirkəti Trampın andiçmə mərasiminin ən böyük donoru olub
Dünya 22:45 19.04.2025

Quşçuluq şirkəti Trampın andiçmə mərasiminin ən böyük donoru olub

ABŞ sənayesində ən böyük şirkətlərdən biri hesab edilən quşçuluq şirkəti "Piligrim's Pride" prezident Donald Trampın andiçmə mərasiminin əsas sponsoru olub. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) yazıb.

Materialda firmanın yeni dövlət başçısının andiçmə mərasiminə 5 milyon dollar sərmayə qoyduğu göstərilir.

Jurnalistlər aşkar edib ki, əsas donorlar arasında daha üç təşkilat olub: "Ripple", "Robinhood Markets" və "Coinbase Inc.". Birincisi inauqurasiyaya 5 milyon dollardan bir qədər az, ikincisi 2 milyon dollar, üçüncüsü isə 1 milyon dollar xərcləyib.

Eyni zamanda, məqalə müəllifləri qeyd ediblər ki, bəzi sahibkarlar mərasimə sərmayə qoyduqdan sonra mühüm dövlət vəzifələrinə yiyələniblər.

Ümumilikdə, nəşrin məlumatına görə, Trampın inauqurasiyası 250 milyon dollara başa gəlib. Bu məbləğ Ağ Evin əvvəlki sahibi Co Baydenin inauqurasiya mərasimi üçün xərclərdən dörd dəfə çoxdur.

ABŞ-ın hazırkı prezidentinin andiçmə mərasimi 2025-ci il yanvarın 20-də ölkənin paytaxtının "One Capital Arena"da baş tutub. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->