Süni intellekt iqtisadiyyatları transformasiya etməklə böyük imkanlar yaratsa da, mövcud bərabərsizlikləri daha da dərinləşdirmək riski daşıyır.
Qaynarinfo xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ticarət və İnkişaf Agentliyi UNCTAD tərəfindən yayımlanan hesabatda deyilir.
Hesabatda bildirilir ki, süni intellektin dünya üzrə iş yerlərinin 40 faizinə təsir edəcəyi gözlənilir.
"Süni intellektin bazarının həcmi 2033-cü ilə qədər 4,8 trilyon ABŞ dollarına çatacaq. Bu rəqəm Almaniya iqtisadiyyatının ölçüsünə bərabərdir. Ən çox təsirə məruz qalacaq sahələr isə məlumat intensivliyi yüksək olan sektorlardır", deyə sənəddə qeyd olunub.
Aydın
Şərhlər