Xəbər lenti

Bu tarixlərdə Yer kürəsində  maqnit qasırğası olacaq
Dünya 14:01 20.04.2025

Bu tarixlərdə Yer kürəsində maqnit qasırğası olacaq

22 aprel 2025-ci il tarixində Yer kürəsində G1-G2 səviyyəli maqnit qasırğaları gözlənilir.

Qaynarinfo xəbər verir ki, "Fobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus bildirib ki, 22 aprel axşam saatlarında Yer kürəsində zəif və orta səviyyəli maqnit qasırğaları (G1-G2) baş verəcək.

Bu hadisə, Günəşdə yaranan böyük koronal dəlikdən çıxan sürətli və sıx günəş küləklərinin Yerə çatması nəticəsində baş verəcək.

Leus qeyd edib ki, bu maqnit qasırğaları 22 aprel axşamı başlayacaq və 24 aprelədək davam edə bilər. Bu müddət ərzində geomaqnit sahəsində dəyişikliklər müşahidə olunacaq.

Maqnit qasırğaları zamanı meteohəssas insanlar baş ağrısı, təzyiqin dəyişməsi, yorğunluq və yuxusuzluq kimi simptomlar hiss edə bilərlər. Bu səbəbdən, belə günlərdə su qəbulunu artırmaq, istirahətə daha çox vaxt ayırmaq və stressdən uzaq durmaq tövsiyə olunur.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->