Xəbər lenti

Dünya 11:50 10.04.2025

"Apple" yenidən dünyanın ən dəyərli şirkəti oldu

"Apple" korporasiyası ABŞ fond bazarlarında baş verən artımlar fonunda kapitallaşmasını artıraraq yenidən dünyanın ən dəyərli şirkətinə çevrilib. 

Qaynarinfo xəbər verir ki, ticarət məlumatlarına əsasən, şirkətin səhmləri 15,3% bahalaşaraq "Apple"ın ümumi bazar dəyərinin 2,59 trilyon dollardan 2,99 trilyon dollara yüksəlməsinə səbəb olub. Ticarət sessiyası bir səhmin 198,85 dollar qiyməti ilə başa çatıb.

Daha əvvəl reytinqin zirvəsində olan "Microsoft" ticarət gününü 2,9 trilyon dollar kapitallaşma ilə yekunlaşdıraraq, liderliyi "Apple"a verib. Qeyd edək ki, "Microsoft"un səhmləri də 10,1% artıb.

Bir gün əvvəl "Apple"ın kapitallaşması mart ayının sonundakı 3,34 trilyon dollarlıq səviyyə ilə müqayisədə 22% azalmışdı. Aprelin əvvəlindən bəri azalma 10,5% səviyyəsində qiymətləndirilirdi.

"Apple" və "Microsoft" şirkətlərinin kapitallaşmasındakı artım ABŞ fond bazarlarında müşahidə olunan ümumi yüksəliş - yəni ticarət rüsumlarının müvəqqəti dayandırılması nəticəsində baş verib. ABŞ prezidenti Donald Tramp, 75-dən çox ölkəyə qarşı tətbiq olunacaq güzgü rüsumlarının 90 gün müddətinə təxirə salındığını bəyan edib. Bu addım, "Nasdaq Composite" də daxil olmaqla əsas fond indekslərinin güclənməsinə səbəb olub - "Nasdaq Composite" indeksi 12,16% artım nümayiş etdirib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->