Xəbər lenti

Ceyhun Bayramov Hakan Fidanı Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb
Siyasət 09:02 12.04.2025

Ceyhun Bayramov Hakan Fidanı Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb

Aprelin 11-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Bu barədə Qaynarinfo-ya XİN-dən bildirilib.

Görüşdə Azərbaycan-Türkiyə müttəfiqlik gündəliyində duran siyasi, təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat-kommunikasiyalar, humanitar məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran təhlükəsizlik məsələləri müzakirə olunub.

Artıq 4-cü dəfədir təşkil olunan Antalya Diplomatiya Forumunun beynəlxalq münasibətlər sistemində aktual məsələlərin müzakirəsi baxımından əhəmiyyətli platformalardan birinə çevrildiyi qeyd olunub.

Xüsusilə, regional və beynəlxalq müstəvidə müşahidə olunan təhlükəsizlik problemlər və qeyri-sabitliyə son qoyulmasında danışıqlar və diplomatiyanın əhəmiyyəti vurğulanıb.

Azərbaycan-Türkiyə qardaşlığına əsaslanan müttəfiqlik münasibətlərinin bütün səviyyə və platformalarda uğurla davam etdirildiyi məmnunluqla qeyd edilib.

Münasibətlərin daha da genişləndirilməsində hər iki ölkənin liderləri arasında ən yüksək səviyyədə olan dialoqun müstəsna rolu vurğulanıb.

Regional və beynəlxalq təşkilatlar, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da möhkəmləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi və mövcud maneələr barədə ətraflı məlumatlandırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->