Bu ilin 4 ayinda magistral qaz kəmərləri ilə 14287,2 milyon kub-metr qaz ötürülüb.
Qaynarinfo Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz çox qaz nəqli deməkdir.
Qazın nəqlinin 52,8 faizi (7539,3 milyon kub-metr) Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.
Şərhlər