Xəbər lenti

Xocavənd rayonuna daha 18 ailə yola salındı (FOTO)
Ölkə 12:36 12.05.2026

Xocavənd rayonuna daha 18 ailə yola salındı (FOTO)

Xocavənd şəhərinə, eyni adlı kəndə və Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanları yola salınıb.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 6 (24 nəfər), Xocavənd kəndinə 6 (20 nəfər) və Qırmızı Bazar qəsəbəsinə 6 ailə (24 nəfər) köçürülür.

Bununla da Xocavənd şəhərinə 331 (1289), Xocavənd kəndinə 74 (306 nəfər) və Qırmızı Bazar qəsəbəsinə 203 ailənin (858 nəfər) daimi qayıdışı təmin edilib.
--> -->