Xəbər lenti

Kreml: Müharibə
Dünya 15:20 12.05.2026

Kreml: Müharibə "istənilən an" dayana bilər, Putin Zelenski ilə görüşə hazırdır

Rusiya ilə Ukrayna arasında davam edən müharibə "istənilən an” dayana bilər.
 
Qaynarinfo xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov bildirib ki, Moskvanın "xüsusi hərbi əməliyyat” adlandırdığı müharibə Kiyevin müvafiq qərar qəbul etməsi halında dərhal dayandırıla bilər.

"Əməliyyat istənilən an dayana bilər, əgər Kiyev lazımi qərar verərsə. Hansı qərar olduğu onlara məlumdur”, – deyə Peskov mətbuata açıqlamasında bildirib.

O, konkret tələbləri açıqlamasa da, yenidən Putin və Zelenski arasında mümkün görüş ehtimalını gündəmə gətirib. Peskovun sözlərinə görə, Vladimir Putin Ukrayna lideri ilə Moskva da daxil olmaqla müxtəlif yerlərdə görüşə hazırdır.

Xatırladaq ki, Vladimir Putin 9 May – Qələbə Günü tədbirləri çərçivəsində müharibənin "sona yaxınlaşdığını” düşündüyünü bildirmişdi. Bu açıqlama genişmiqyaslı müharibə dövründə Kremlin ən diqqətçəkən bəyanatlarından biri kimi qiymətləndirilir.

Günay
--> -->