Azərbaycanlı tələbə Fəridə Səfərli ABŞ-da əldə etdiyi akademik uğurlarla diqqət mərkəzinə düşüb.
Qaynarinfo xəbər verir ki, dörd il əvvəl biomedikal mühəndislik təhsili almaq üçün Amerikaya yollanan Fəridə bu gün məzuniyyətini böyük nailiyyətlərlə qeyd edir.
O, Cənubi Florida Universitetində (University of South Florida) biomedikal mühəndislik ixtisası üzrə təhsilini yüksək nəticələrlə başa vuraraq xüsusi fərqlənmə medalı ilə təltif olunub. Bildirilir ki, Fəridə təhsil aldığı müddətdə universitetin Biomedikal Mühəndislik Assosiasiyasının prezidenti vəzifəsini də icra edib.
Fəridə Səfərlinin uğurları bununla yekunlaşmır. O, artıq dünyanın TOP 24, ABŞ-ın isə TOP 15 universiteti sırasında göstərilən Karnegi Mellon Universitetində (Carnegie Mellon University) biomedikal mühəndislik üzrə magistratura təhsili almaq hüququ qazanıb. Bundan əlavə, yüksək akademik göstəricilərinə görə universitetin xüsusi təqaüd proqramına da layiq görülüb.
Şərhlər