"Son vaxtlar eşidirik ki, qəbiristanlıqda bir uşaq tapıldı, amma ailəsi ondan imtina edir".
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatın müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
Fazil Mustafa bildirib ki, dövlət o uşağa sahib çıxmalıdır:
"Xarici ölkələrdə belədir. Dövlət hətta valideyn nəzarətində olan, amma valideynin yaxşı davranmadığı uşağa belə dərhal sahib çıxır və bu da onu göstərir ki, dövlət uşaq müəssisələrinin sayı və infrastrukturu artırılmalıdır. Dərhal bu uşaqlar götürülüb dövlətin himayəsində böyüməlidir. Çünki bizə sağlam vətəndaş olduqca vacibdir. Prezidentin milli fəaliyyət planı ilə bağlı verdiyi sərəncamda hesab edirəm ki, çoxşaxəli bu problemlərə aid məsələlər öz əksini tapıb və bunun həyata keçirilməsi istiqamətində atılan addımlar da təqdirəlayiqdir", deyə deputat vurğulayıb.
Şərhlər