Xəbər lenti

Braziliyalı futbolçu Azərbaycan klubundan getdi
İdman 13:00 12.05.2026

Braziliyalı futbolçu Azərbaycan klubundan getdi

"Araz-Naxçıvan" futbolçu Vanderson Melo ilə yolları ayırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilir. Braziliyalı futbolçu ilə bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 

V. Melo klubun mətbuat xidmətinə açıqlamasında deyib: "Burada 3 maraqlı mövsüm keçirdim. Uğurlu nəticələrimiz də oldu, təəssüfləndiyimiz oyunlar da. Komanda ötən mövsüm tarixində ilk dəfə olaraq üçüncü yeri tutdu və avrokuboklarda oynamaq hüququ qazandı. UEFA Konfrans Liqasında "Aris” kimi güclü rəqibi üstələdik və mərhələ adladıq. Cari mövsümlə bağlı isə ancaq təəssüflənmək olar. Çünki qarşıya qoyulan məqsədə çata bilmədik”. 
--> -->