Yelo Bank-ın tərəfdaşlığı ilə "İlkRisk və Dayanıqlılıq Konfransı" keçirilib
Dəyişən dünya və sürətlə
rəqəmsallaşan maliyyə bazarı yeni nəsil riskləri də özü ilə gətirir. Bu
çağırışlara hazır olmaq və biznesin dayanıqlılığını qorumaq məqsədilə AmCham
Azərbaycan tərəfindən təşkil olunan "İlk Risk və Dayanıqlılıq Konfransı” baş
tutub. Yelo Bank-ın rəsmi tərəfdaşlığı ilə keçirilən bu mötəbər tədbir sektorun
peşəkar simalarını bir araya gətirib.
Konfransın diqqət
mərkəzində olan "Maliyyə İnstitutlarında Risklərin İdarə Edilməsi"
panelində Yelo Bank-ın İdarə Heyətinin sədr müavini Günay Cəlilova da spiker
qismində çıxış edib. Günay xanım rəqəmsal transformasiya dövründə bankların
çevikliyini necə qorumalı olduğu, süni intellektin risk idarəçiliyinə təsiri və
sektorun gələcək mənzərəsi barədə Bankın strateji təcrübələrini bölüşüb.
Yelo Bank müasir bankçılıq
standartlarının formalaşmasına və peşəkar dialoq platformalarına töhfə
verməkdən qürur duyur. Bank biznes mühitini daha təhlükəsiz və dayanıqlı edən
bu cür təşəbbüsləri dəstəkləməyə davam edəcək.
Sərfəli şərtlərlə mikro
kredit əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və
yaFacebook,Instagram,Whatsappvəyelo.azhesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq
bankçılıq!
Şərhlər