Pakistanın Xeybər-Paxtunxva əyalətinin Lakki Marvat bölgəsində, Nauranq polis bölməsi yaxınlığında baş verən partlayış nəticəsində 2-si polis olmaqla, ümumilikdə 9 nəfər həlak olub.
Qaynarinfo xəbər verir ki, hadisə zamanı 18-dən çox insan yaralanıb. Polis ərazini mühasirəyə alıb və faktla bağlı genişmiqyaslı araşdırmalara başlanılıb. Səlahiyyətli qurumlar partlayışın səbəblərini və məsuliyyət daşıyan şəxsləri müəyyənləşdirmək üçün işlərin davam etdiyini bildirib. Yaralıların və cənazələrin aparıldığı Saray Nauranq xəstəxanasında fövqəladə vəziyyət elan edilib.
Qeyd edək ki, Pakistanın Əfqanıstanla sərhədində yerləşən Xeybər-Paxtunxva əyalətinin Bannu şəhərindəki Fateh Khel polis bölməsinə də ötən bazar günü bombalı və silahlı hücum təşkil edilmişdi. Həmin hücumda 15 polis əməkdaşı həyatını itirmiş, 3-ü isə yaralanmışdı.
Günay
Şərhlər