Xəbər lenti

DTX-nin əməkdaşları
Ölkə 11:26 12.05.2026

DTX-nin əməkdaşları "Heydər zirvəsi"nə yürüş təşkil etdi

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir qrup əməkdaşı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Ulu Öndərin adını daşıyan, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən "Heydər zirvəsi"nə ənənəvi yürüş təşkil olunub.

Bu barədə Qaynarinfo-ya DTX-dən məlumat verilib.

Bildirilib ki, mürəkkəb relyef və sərt iqlim şəraitinə baxmayaraq, yürüş iştirakçıları təyin olunmuş vaxtda "Heydər zirvəsi"nə qalxıb, Ümummilli Liderin barelyefi önündə dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
--> -->