Süni intellekt texnologiyalarının aqrar sahədə tətbiqi təkcə texnoloji yenilik deyil, həm də kənd təsərrüfatının idarə edilməsində yeni düşüncə modelinin formalaşması deməkdir.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisdə "Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmə zamanı Kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
Nazir bildirib ki, Azərbaycanın süni zəka və rəqəmsal texnologiyalar sahəsində regional mərkəzə çevrilməsi istiqamətində aparılan işlər bu sahədə yeni imkanlar yaradır və aqrar sektorun inkişafı üçün də mühüm perspektivlər açır:
"Gələcək mərhələdə əsas məqsədimiz bu texnologiyaların tətbiqini daha da genişləndirmək, mövcud modulları inkişaf etdirmək və onların fermerlər üçün daha əlçatan olmasını təmin etməkdir".
Qafqaz Rafiqoğlu
Şərhlər