Xəbər lenti

Hüquqşünas: Eyni peşəkarlıq səviyyəsinə malik şəxslər bərabər maaş almalıdırlar VİDEO)
Video 22:55 09.05.2026

Hüquqşünas: Eyni peşəkarlıq səviyyəsinə malik şəxslər bərabər maaş almalıdırlar VİDEO)

Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən, işəgötürən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borcludur. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Baku TV-nin məlumatına görə, hüquqşünas Sahib Məmmədov deyib ki, qanunvericilikdə eyni vəzifəni yerinə yetirməyə görə bərabər əməkhaqqının verilməsi tələbi indiyədək də mövcud olub.

Bəs o zaman dəyişiklik nəyi özündə ehtiva edir?

S.Məmmədov bildirib ki, 1999-cu ildən qəbul olunmuş Əmək Məcəlləsinə, həmçinin Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sənədlərə əsasən, əməkhaqqının ödənilməsində cinsə görə fərq qoyulması qadağandır:

"Yəni eyni işi eyni səviyyədə yerinə yetirən və eyni peşəkarlıq səviyyəsinə malik şəxslər bərabər əməkhaqqı almalıdırlar. Hazırkı dəyişiklik isə bu tələbin Əmək Məcəlləsində bir daha açıq şəkildə qeyd olunmasıdır. Çünki bəzi beynəlxalq reytinqlərdə bu müddəanın ayrıca göstərilməməsi çatışmazlıq kimi qiymətləndirilir".

Qeyd edək ki, dəyişikliyə əsasən, işin bərabər dəyərli olması əmək şəraiti və funksiyasının xarakteri, qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulan xüsusiyyətlər nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilməlidir.
 
--> -->