Xəbər lenti

Hindistanlı milyarder ABŞ hökumətinə 275 milyon dollar ödəyəcək
Dünya 17:26 19.05.2026

Hindistanlı milyarder ABŞ hökumətinə 275 milyon dollar ödəyəcək

ABŞ Ədliyyə Nazirliyi Hindistanın ən varlı iş adamlarından biri olan Qautam Adani və onun şirkətinin bəzi vəzifəli şəxslərinə qarşı irəli sürülən fırıldaqçılıq və korrupsiya ittihamlarını geri götürüb.

Qaynarinfo BBC-ya istinadən xəbər verir ki, "Adani Group"a daxil olan "Adani Enterprises" ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) ilə razılaşma imzalayıb. Razılaşma çərçivəsində şirkət ABŞ hakimiyyətinə 275 milyon dollar ödəyəcək.

Adani və onun rəhbərlik etdiyi şirkətlər əvvəllər günəş enerjisi sahəsində fəaliyyət göstərən "Adani Green Energy” layihələri ilə bağlı fırıldaqçılıq və korrupsiya ittihamları ilə üzləşmişdi. Daha sonra ona İrana qarşı sanksiyaların pozulması ilə bağlı da iddialar irəli sürülmüşdü.

Ötən həftə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) Hindistanlı milyarder, onun şirkətləri və bir sıra biznes tərəfdaşları, o cümlədən ailə üzvləri ilə bağlı işi dayandırmışdı. Həmin razılaşmaya əsasən, tərəflərin ümumilikdə 18 milyon dollar məbləğində cərimə ödəməsi nəzərdə tutulur.

Qautam Adaninin sərvətinin 82 milyard dollardan çox olduğu bildirilir.

Aydın
--> -->