Yayda, xüsusilə isti havalarda insanlar həm dəbli, həm də rahat geyinmək istəyir. Geyimin hərəkəti məhdudlaşdırmaması və parçanın "nəfəs alması” vacib sayılır. Buna görə də stilistlər yalnız modelə deyil, istifadə olunan materiala da diqqət yetirməyi tövsiyə edir.
Qaynarinfo xəbər verir ki, mütəxəssislərin fikrincə, 2026-cı ilin yay dəbi həm fiquranın üstünlüklərini vurğulayan, həm də rahatlıq təqdim edən modellərlə seçiləcək.
Kətan don
Bu mövsümün əsas trendlərindən biri düz kəsimli, təbii parçadan tikilmiş kətan donlardır. Belə modellər zərif görünüşü və rahatlığı ilə "old money” üslubunun simvollarından biri hesab olunur.
Ən populyar rənglər süd rəngi, bej, açıq boz, qum rəngi və ağ tonlarıdır. Pastel çalarlarda rəngli variantlar da aktual olacaq.
Köynək don
2026-cı ilin yayında yenə trenddə olan modellərdən biri də köynək tipli donlardır. Sadə, zərif və minimalist görünüşü ilə seçilən bu fason həm gündəlik, həm də şəhər üslubu üçün uyğun sayılır.
Stilistlər təbii parçadan – kətan, pambıq və ya sıx viskozadan hazırlanmış, sərbəst biçimli modellərə üstünlük verməyi tövsiyə edir.
Kombinasiyalı don
Son illərdə populyarlığını qoruyan kombinasiya tipli donlar bu mövsüm də aktual qalır. Ən yaxşı seçim sıx viskoza, mat atlas və ya axıcı parçadan hazırlanmış midi uzunluqlu modellər hesab olunur.
Şəffaf modellərin gündəlik istifadə üçün uyğun olmadığı vurğulanır.
A-siluet don
A formalı donlar demək olar ki, hər bədən quruluşunda zərif görünür. Bu fason fiqurun bəzi xüsusiyyətlərini gizlədərək daha qadınsı və yüngül görüntü yaradır.
Minimalist dizaynlı və tək rəngli modellər xüsusilə dəbdə olacaq.
Ağ pambıq don
Yayın klassik seçimlərindən biri ağ pambıq donlardır. Stilistlər çox nazik parçalar, krujeva və artıq dekor elementlərinin artıq aktuallığını itirdiyini bildirir.
Sərbəst biçimli, midi uzunluqlu pambıq donlar həm rahatlıq, həm də eleqant görünüş təqdim edir.
Drapirovkalı don
Drapirovka elementi 2026-cı ildə də dəbdə qalır. Lakin yeni mövsümdə daha yumşaq qatlar və axıcı xətlər ön plana çıxır.
Belə modellər əlavə aksesuarlara ehtiyac olmadan obrazı daha bahalı və zərif göstərə bilir.
Qollu don
Bu ilin ən aktual modellərindən biri də qollu donlardır. Düzgün seçilmiş model silueti daha incə və eleqant göstərir.
Təbii parçadan hazırlanmış qollu donlar da "old money” estetikasının əsas elementlərindən biri hesab olunur.
Aydın
Şərhlər