Xəbər lenti

Qəzzaya gedən İrlandiya prezidentinin bacısı Kipr sahillərində saxlanıldı (FOTO)
Dünya 16:23 19.05.2026

Qəzzaya gedən İrlandiya prezidentinin bacısı Kipr sahillərində saxlanıldı (FOTO)

İsrail Sumud flotiliyasının tərkibində Qəzza zolağına doğru hərəkət edən İrlandiya prezidentinin bacısı, doktor Marqaret Konnollini saxlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Sky News” məlumat yayıb.

Telekanalın məlumatına görə, gəmidə daha beş İrlandiya vətəndaşı da olub. İsrail qüvvələri mayın 18-də Kipr sahilləri yaxınlığında, Konnollinin olduğu gəmi də daxil olmaqla, ümumilikdə 28 qayığı ələ keçirib.

İsrail Xarici İşlər Nazirliyi flotiliyanı təxribat adlandırıb və bildirib ki, gəmidə heç bir humanitar yardım olmayıb.

Konnolli isə yola düşməzdən əvvəl yayımladığı videomüraciətdə bu flotiliyada iştirak etdiyinə görə qürur duyduğunu bildirib. Onun sözlərinə görə, bu, indiyədək təşkil edilən ən böyük flotiliyadır və məqsədi Qəzza əhalisinə zəruri yardım və dərmanların çatdırılması üçün humanitar dəhliz açmaqdır.

Dublində isə rəsmilər Sumud qlobal flotiliyası ilə bağlı vəziyyəti yaxından izlədiklərini və aidiyyəti qurumlarla əlaqə saxladıqlarını bildiriblər. İrlandiya tərəfi zərərçəkmiş vətəndaşlara konsulluq dəstəyi göstəriləcəyini də vurğulayıb.

Aydın
 


--> -->