Sabir Rüstəmxanlı "Şərəf” ordeni ilə təltif edilib.
Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Qeyd edilib ki, o bu təltifə Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə layiq görülüb.
Qeyd edək ki, mayın 20-də Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin I, II, III, IV və VI çağırış deputatı olmuş Sabir Rüstəmxanlının 80 yaşı tamam olur.
Şərhlər