Xəbər lenti

Ölkə 18:20 19.05.2026

"Temu" Əməkdar artist fotosundan icazəsiz istifadə etdi: Kim haqlıdır? - Vəkil

"Əgər aktrisa iddia qaldırarsa, bu işin məhkəmə perspektivi yüksəkdir".

Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Səməd Vəkilov Əməkdar artist Nahidə Orucovanın "Temu" onlayn alış-veriş platformasından təzminat etməsinin hüququ əsaslarından danışarkən deyib. 

Vəkilin sözlərinə görə, bu məsələdə pozuntu aşkar səviyyədədir:

"Əlbəttdə, aktrisa öz mövqeyində haqlıdır. Onu mövqeyi tamamilə hüquqa əsaslanır. Şəxsin razılığı olmadan onun fotosundan reklam məqsədi ilə istifadə edilə bilməz".
 


"Belə vəziyyətdə şirkət aktrisaya nə qədər təzminat ödənilməlidir" sualına vəkilin cavabı belə olub:

"Bunu şəxs özü müəyyən etməlidir, hüquqi baxımdan əsaslandırmalıdır. Burada aktrisaya elə də ziyan dəyməyib. Odur ki, onların bu reklamdan əldə etdiyi gəlir daha çox rol oynaya bilər".

Xatırladaq ki, "Temu" onlayn alış-veriş platforması Əməkdar artist Nahidə Orucovanın fotosundan icazəsiz istifadə edib. Buna görə də aktrisa şirkətdən təzminat tələb edir:

"Məsələ ilə bağlı şirkətə rəsmi məktub ünvanlamışıq. Heç mənə xəbər də etməyiblər. Simamdan istifadə etməklə öz məhsullarını reklam ediblər. Halbuki mənim makiyajımı Anar Ağakişiyev edib. Hələki gözləyirik".

Bahar Rüstəmli
 

--> -->