2 May tarixində Nizami Kino Mərkəzində Doku Toor-2 "Sənədli kino: Ekoloji düşüncənin inkişafı naminə" layihəsi çərçivəsində Fraşa-Kriti filminin nümayişi keçirilib.
Qaynarinfo xəbər verir ki, filmin icraçı prodüseri Leyla Şah, rejissoru Araz Quliyev, operatoru isə Sadıq Əliverdibəylidir.
Nümayişdən sonra filmin yaradıcı heyyəti izləyicilərin filmlə bağlı suallarını cavablandıraraq, filmin çəkiliş prosesi ilə bağlı fikirlərini bölüşüblər.
Qeyd etmək istərdik ki, film Mədəniyyət nazirliyinin təşəbbüsü , Azərbaycan Respublikasının Kino Agentliyinin maliyyə dəstəyi, həmçinin ARKA-nın Mədəniyyət və İncəsənət Universiteti ilə birgə layihəsi əsasında çəkilib.
Fraşa - Kriti filmi 2025-ci ildə "Doku Baku" sənədli filmlər festivalının qalibləri sırasında olub.
Şərhlər