Xəbər lenti

AzTV-də Gülüstan müqaviləsi haqqında film hazırlandı (VİDEO)
Video 10:13 14.05.2026

AzTV-də Gülüstan müqaviləsi haqqında film hazırlandı (VİDEO)

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətində yeni sənədli film hazırlanaraq tamaşaçılara təqdim olunub. 

Qaynarinfo xəbər verir ki, "Anın tarixi” layihəsi çərçivəsində hazırlanan film-hekayə "Gülüstan müqaviləsi" adlanır.

Filmdə 1813-cü ilin 12 oktyabr tarixində Rusiya imperiyası ilə Qacar dövləti arasında imzalanan Gülüstan müqaviləsindən bəhs edilir. 1804-cü ildən 1813-cü ilə qədər davam edən Birinci Rusiya-İran müharibəsi zamanı baş verən hadisələr də bədii və sənədli təsvirlərlə filmdə əks etdirilib.

Filmin ssenari müəllifi və prodüseri Səxavət Sahil, quruluşçu rejissoru Ramina Qarayevadır.

--> -->