Xəbər lenti

Bavariyada 300 illik sirr: Qiymətli daşlarla bəzədilmiş skeletlər
Dünya 22:26 12.05.2026

Bavariyada 300 illik sirr: Qiymətli daşlarla bəzədilmiş skeletlər

Almaniyanın cənubundakı Bavariya bölgəsində yerləşən Banz Monastır Kilsəsi qeyri-adi görünüşü ilə ziyarətçilərin diqqətini çəkməyə davam edir. Kilsədə sərgilənən qızıl, gümüş, krujeva və qiymətli daşlarla bəzədilmiş insan skeletləri həm heyrət, həm də qorxu yaradır.

Qaynarinfo euronews-a isitinadən xəbər verir ki, Vinçenzius, Valerius, Benedikt və Feliks Benedikt kimi tanınan bu skeletlər 17-18-ci əsrlərdə Romadan Bavariyaya gətirilib. Onların erkən xristian şəhidlərinə aid olduğu düşünülür. "Katakomba müqəddəsləri” və ya "Müqəddəs Cəsədlər” adlandırılan bu qalıqlar həmin dövrdən bəri monastırda saxlanılır.

Kilsənin keşişi Valter Ries bildirib ki, skeletlərin belə zəngin şəkildə bəzədilməsi təsadüfi deyil. Onun sözlərinə görə, bu ənənə Otuzillik müharibədən sonra yaranıb:

"Bu, insanların çox ağır dövrdən qaçmaq cəhdi idi. Müharibə, vəba və aclıq əhalini məhv etmişdi. Barokko dövründə insanlar cənnəti gözəlliklə təsvir etməyə çalışırdılar.”

Kilsə xidmətçisi Anita Qottşlix isə skeletlərin bir qədər qorxulu göründüyünü desə də, onların insanların yaddaşında xüsusi yer tutduğunu vurğulayıb.

"Müqəddəs Bədənlər” yalnız Almaniyada deyil, Avstriya, İsveçrə, Çexiya və İtaliyadakı bəzi katolik kilsələrində də saxlanılır. Skeletlər adətən şüşə tabutlarda nümayiş etdirilir və ilin böyük hissəsində taxta panellərlə örtülü olur.

Xüsusilə All Saints' Day zamanı örtüklər götürülür və qalıqlar möminlərə nümayiş etdirilir.

Tarixçilərin sözlərinə görə, bu qalıqlar 16-cı əsrdə Roma katakombalarında aşkar edilmiş işarəsiz məzarlardan çıxarılıb və sonradan müqəddəs elan olunub. O dövrdə Avropadakı bir çox kilsə və monastır belə relikviyalara sahib olmağı nüfuz göstəricisi hesab edirdi.
 
Günay
--> -->