Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi Texniki-Təchizat İdarəsi "CBS-PP” MMC-dən mətbəə məhsulları alacaq.
Qaynarinfo xəbər verir ki, şirkət qurumun bununla bağlı keçirdiyi tenderin qalibi seçilib. Alınacaq məhsullara görə şirkətə 249 979,58 manat ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından aydın olur ki, "CBS-PP" MMC 21 iyun 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 338 579 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, ev 12, mənzil 34-də yerləşir.
Mediada gedən məlumatlara görə, "CBS-PP” MMC Kəmaləddin Heydərova məxsusdur.
Seyid
Şərhlər