Xəbər lenti

91 yaşlı kişi borcunu qaytarmayan qonşusunu məhkəməyə verdi
Ölkə 17:39 12.05.2026

91 yaşlı kişi borcunu qaytarmayan qonşusunu məhkəməyə verdi

Lerikdə 91 yaşlı kişi "ölüm pulu” kimi yığdığı vəsaiti borc adı ilə mənimsəyən qonşusundan şikayət edib.

Qaynarinfo-nun məlumatına görə, 1934-cü ildə Lerik rayonunun Soru kəndində anadan olmuş Q.V. pensiyasından yığdığı 5600 manatı S.Z. adlı qonşusuna verib.

Məhkəmədə ifadə verən 91 yaşlı kişi bildirib ki, uzun illər ehtiyatla yaşayıb, pensiyasından qənaət edərək "qara günlər” üçün təxminən 6000 manat pul yığıb. O, yaşını nəzərə alaraq həmin vəsaiti xərcləmədiyini, "ölümünü də düşünərək” saxladığını qeyd edib.

Q.V.-nin sözlərinə görə, qonşusu S.Z. ona qızına elçi gəldiyini, qarşı tərəfin toyun tez keçirilməsini tələb etdiyini və buna görə təcili pula ehtiyacı olduğunu bildirib, yalnız ondan kömək istədiyini deyib. Bu səbəbdən o, qonşusunu çətin vəziyyətdə qoymamaq üçün borc verməyə razılaşıb. Nəticədə yığdığı 6000 manatdan 400 manatını özündə saxlayaraq, 5600 manatını S.Z.-yə borc verib.

Q.V. əlavə edib ki, qonşusu əvvəlcə 800, daha sonra isə 400 manat qaytarsa da, qalan məbləği indiyədək ödəməyib. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalıb.

Məhkəmə S.Z.-nin Q.V.-yə olan borcunun qalan hissəsinin ödənilməsi barədə qərar qəbul edib.

Aydın
--> -->