Xəbər lenti

Rixard Raşi Azərbaycana rəsmi səfərə gəldi
Foto 23:24 12.05.2026

Rixard Raşi Azərbaycana rəsmi səfərə gəldi

Mayın 12-də Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşi Azərbaycana rəsmi səfərə gəlib.

Bu barədə Qaynarinfo-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı və onun rəhbərlik etdiyi nümayəndə heyətini Milli Məclisin sədr müavini Musa Qasımlı, Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar Məmmədov, Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov və protokol əməkdaşları qarşılayıblar.

--> -->