Xəbər lenti

ABŞ-da şəhər meri casusluq ittihamlarından sonra istefa verdi
Dünya 17:14 12.05.2026

ABŞ-da şəhər meri casusluq ittihamlarından sonra istefa verdi

ABŞ-da Kaliforniya ştatının Arkadiya şəhərinin meri Eylin Van Çin Xalq Respublikasının maraqlarına xidmət edən qeyri-qanuni agent kimi fəaliyyət göstərməkdə ittiham edilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "NBC News" ABŞ Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Van özü etiraf edib ki, gizli şəkildə Çin hökumətinin maraqlarına xidmət edib. Jurnalistlərin məlumatına görə, məmur təqsirini etiraf etməyə razılaşıb və mer vəzifəsindən istefa verib. Ona 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Van bir neçə şəxslə birlikdə "Çin Xalq Respublikasının tapşırığı və nəzarəti altında” fəaliyyət göstərib və ABŞ ərazisində Çin tərəfdarı təbliğatın yayılması daxil olmaqla Pekinin maraqlarını irəli aparmağa çalışıb.

NBC bildirir ki, Van ABŞ-dakı Çin icmasına aid "U.S. News Center” adlı xəbər saytını yaratdığı şəxslərdən biri olub. Həmin platformanı o, nişanlısı Yaoinin "Mayk” Sonq ilə birlikdə idarə edib. İddialara əsasən, Van Çin tərəfdən aldığı materialları həm bu portala, həm də şəxsi saytına yerləşdirib. Bu materiallar arasında Sincan bölgəsi ilə bağlı məqalələrin də olduğu bildirilir.

ABŞ-da bundan əvvəl də Çin Kommunist Partiyası ilə əlaqəli bir qadınla münasibətinə görə bir məmur vəzifədən azad edilmişdi. Dövlət Departamenti bu hadisənin xarici siyasi təşkilatlarla münasibətlərə dair yeni qaydalar çərçivəsində ilk belə iş olduğunu açıqlayıb.

Aydın

--> -->