Vaşinqtonda hərbi helikopterlə sərnişin təyyarəsinin toqquşması nəticəsində 30-dan çox insan həlak olub.
Qaynarinfo xəbər verir ki, bu barədə xilasetmə işlərinin gedişatı ilə tanış olan iki mənbə "NBC Washington” telekanalına məlumat verib.
Məlumata görə, ölənlərin meyiti təyyarənin düşdüyü Potomak çayından çıxarılıb.
09.31
Vaşinqtonda hərbi helikopterlə sərnişin təyyarəsinin toqquşması nəticəsində 19 nəfər həlak olub.
Qaynarinfo xəbər verir ki, bu barədə "BNO News" informasiya portalı məlumat verib.
Məlumata görə, qəza nəticəsində ölənlərin meyiti çaydan çıxarılıb.
"İlkin məlumatlara görə, Vaşinqtonda Ronald Reyqan adına hava limanı yaxınlığında "American Airlines” təyyarəsi ilə "Blackhawk” helikopterinin havada toqquşmasından sonra Potomak çayından azı 19 meyit çıxarılıb", - portal qeyd edib.
08.39
Vaşinqtonda Reyqan hava limanı yaxınlığında sərnişin təyyarəsi və "Blackhawk” hərbi helikopteri havada toqquşub.
Qaynarinfo xəbər verir ki, "American Airlines” Reyqan hava limanı yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvünün olduğunu açıqlayıb.
Qəzadan sonra təyyarə hava limanı yanında Potomak çayına düşüb.
"The Washington Post” yazıb ki, polis çaydan bir neçə cəsədi və dörd nəfəri sağ çıxarıb. "Reuters” isə bildirib ki, Vaşinqtonda təyyarə ilə toqquşan helikopterdə üç hərbçi olub.
Pentaqon rəhbəri Pit Heqset qurumun vəziyyəti fəal şəkildə izlədiyini və lazım gələrsə, yardım göstərməyə hazır olduğunu bildirib.
Şərhlər