1950-ci illərdə Böyük Britaniya yeni bir nüvə bombası hazırlamaq üçün ciddi səylər göstərirdi. Lakin bu bombanın qeyri-adi bir xüsusiyyəti var idi - onun içində canlı toyuqlar yerləşdiriləcəkdi. Bəs bu qəribə ideyanın arxasında hansı səbəb dayanırdı?
Soyuq müharibənin qeyri-adi layihəsi
Qaynarinfo xəbər verir ki, Soyuq müharibə dövründə Qərbi Avropa Rusiyanın Şimali Almaniyaya doğru irəliləməsi ehtimalından narahat idi. Bu ehtimalı nəzərə alan Britaniya hökuməti mümkün bir işğalı ləngitmək üçün yollar axtarmağa başlayıb.
1950-ci illərin ortalarında Britaniya "Blue Peacock" adlı bir layihə üzərində işləyirdi. Bu plana əsasən, Şimali Almaniyada yeraltına 8 günə qədər gecikmə ilə aktivləşdirilə bilən 10 kilotonluq nüvə mayınları yerləşdirilməli idi. Məqsəd, bölgəni radiasiya ilə çirkləndirərək rus qoşunlarının irəliləməsini və ərazidə məskunlaşmasını əngəlləmək idi.
Plana görə, bu nüvə mayınları strateji ərazilərdə yerləşdiriləcək və partladıldıqda düşmənin geniş miqyaslı hərbi infrastrukturunu məhv edəcəkdi. Eyni zamanda radiasiya çirklənməsi səbəbindən rus qoşunlarının bölgədə uzun müddət qalması qeyri-mümkün olacaqdı.
Bombanın istilik problemi və toyuq həlli
Lakin layihə çərçivəsində ciddi bir texniki problem ortaya çıxıb. Mütəxəssislər müəyyən edib ki, soyuq hava şəraitində bombanın daxili mexanizmi işləməyə bilər və bu da onun partlayışını qeyri-mümkün edər. Problemi həll etmək üçün qeyri-adi bir üsul düşünülüb - bombanın içinə canlı toyuqlar yerləşdirilməli idi.
Plan belə olub: toyuqlar bombanın daxilində xüsusi bir bölmədə saxlanılacaq, yem və su ilə təmin ediləcəkdi. Onların bədən istiliyi bombanın içərisində lazımi temperaturu qoruyaraq partlayış mexanizminin donmasının qarşısını alacaqdı.
Britaniya bu planı həyata keçirmək üçün hətta bir prototip də hazırladı və sınaqdan keçirib. Lakin ilkin testlərdən sonra layihə dayandırılıb və "Blue Peacock" layihəsi tarixə qovuşub. Beləliklə, nüvə silahları tarixində ən qeyri-adi ideyalardan biri həyata keçirilmədən qalıb.
Aydın
Şərhlər