Quinnipiac Universitetinin keçirdiyi sorğuya əsasən, ABŞ Demokratlar Partiyası 2008-ci ildən bəri vətəndaşlar arasında ən aşağı populyarlıq səviyyəsini nümayiş etdirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Araşdırmaya görə, sorğuda iştirak edən amerikalıların 57%-i Demokratlar Partiyası haqqında mənfi fikirdədir, respondentlərin isə yalnız 31%-i bu barədə müsbət fikirdədir. Universitet 2008-ci ildə belə sorğular keçirməyə başlayandan bu rəqəm antirekord olub.
Eyni zamanda, Respublikaçılar Partiyasına dəstək son 15 ildə ən yüksək həddə çatıb: sorğuda iştirak edənlərin 43%-i partiyaya müsbət, 45%-i isə mənfi rəy bildirib.
Sorğu yanvarın 23-dən 27-dək telefon vasitəsilə aparılıb və 1000-dən çox yetkin ABŞ vətəndaşını əhatə edib. Statistik səhv təxminən 3,1 faiz bəndidir.
Aydın
Şərhlər