Xəbər lenti

Hafiz Paşayev: İtaliya-Azərbaycan Universitetinin binası sentyabra qədər açılacaq
Ölkə 15:48 30.01.2025

Hafiz Paşayev: İtaliya-Azərbaycan Universitetinin binası sentyabra qədər açılacaq

2025-ci ilin sentyabr ayına kimi İtaliya-Azərbaycan Universitetinin binasının açılışı gözlənilir.

Trend xəbər verir ki, bunu bu gün ADA Universitetinin rektoru Hafiz Paşayev ADA Universitetində İtaliya-Azərbaycan layihəsi çərçivəsində yeni, kommunikasiya dizaynı və şəhərsalma ixtisaslarının rəsmi açılış mərasimində etdiyi çıxışda bildirib.

Onun sözlərinə görə, yeni tədris ilindən 160 tələbə İtaliya-Azərbaycan Universitetində təhsil almağa başlayacaq.

Xatırladaq ki, 2 aprel 2022-ci il tarixində ADA universitetinin kampusunda (Bakıda) İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi keçirilib. Onun strukturunda iki institut fəaliyyət göstərəcək: Kənd Təsərrüfatı və Qida elmləri İnstitutu, həmçinin Dizayn və Memarlıq İnstitutu. Eyni zamanda ərazidə tələbə yataqxanaları tikiləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->