Xəbər lenti

ABŞ-da 600 min venesuelalı deportasiyadan qoruyan statusdan məhrum edildi
Dünya 15:27 30.01.2025

ABŞ-da 600 min venesuelalı deportasiyadan qoruyan statusdan məhrum edildi

ABŞ hökuməti çərşənbə günü təxminən 600 min venesuelalı miqrant üçün müvəqqəti qorunma statusunun (TPS) uzadılmasını dayandırıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-ın Daxili Təhlükəsizlik naziri Kristi Noem Fox News kanalına verdiyi müsahibədə  bildirib.

Nazir bildirib ki, Joe Baydenin əvvəlki administrasiyası 10 yanvar tarixində TPS proqramını 2026-cı ilin oktyabrına qədər uzadıb. "Bu, həmin şəxslərə qalmağa və qanunlarımızı pozmağa davam etməyə imkan verirdi", – deyə Noəm qeyd edib.

ABŞ prezidenti Donald Tramp isə 2012-ci ildən ABŞ-a gələn Venesuela vətəndaşlarına sığınacaq verilməsi ilə bağlı bütün işlərin təhlil edilməsini tələb edən fərman imzalayıb. O, hesab edir ki, "indiki vaxtda ABŞ-da yaşayan venesuelalıların 90%-i ölkəyə gəldikdən sonra Venesuelada həyatlarının təhdid olunduğunu yalan söyləyib".
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->