Xəbər lenti

Aİ Şurası Ermənistandakı müşahidə missiyasının mandatını uzatdı
Dünya 16:56 30.01.2025

Aİ Şurası Ermənistandakı müşahidə missiyasının mandatını uzatdı

Avropa İttifaqı (Aİ) Şurası Ermənistandakı müşahidə missiyasının mandatını iki il - 19 fevral 2027-ci ilədək uzadıb.

Qaynarinfo Aİ Şurasına istinadən xəbər verir ki, missiyanın büdcəsi isə 20 fevral 2025-ci il tarixdən etibarən 44 milyon avroya çatdırılacaq.

Qeyd edək ki, sözügedən missiyanın tərkibində Aİ-yə üzv 25 ölkə və Kanadanın təmsilçiləri yer alır. Missiyada 200 nəfər təmsil olunur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->