Xəbər lenti

Həbsdə olan icra başçısı cəzaçəkmə rejiminin dəyişdirilməsini istəyir
Ölkə 20:10 30.01.2025

Həbsdə olan icra başçısı cəzaçəkmə rejiminin dəyişdirilməsini istəyir

Biləsuvarın həbsdə olan sabiq icra başçısı Mahir Quliyev ciddi rejimli cəzaçəkmə müəssisəsindən ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı məhkəməyə müraciət edib.

Report xəbər verir ki, müraciət Nizami rayon Məhkəməsində icraata götürülüb.


Keçirilən prosesdə Mahir Quliyevin müraciətinin geri götürdüyü elan edilib. O bir müddət sonra yenidən müraciətini təkminləşdirib, daha sonra məhkəməyə yenidən ərizə verəcəyini qeyd edib.

Qeyd edək ki, M.Quliyev 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. Korrupsiya cinayətlərində ittiham olunan sabiq icra başçısı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Onun Bakıda yerləşən 2 mənzili və 1 avtomobili dövlət nəfinə müsadirə olunub.


Şirvan Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlanılıb.


Ali Məhkəmədə isə Mahir Quliyevin cəzası 11 ildən 8 il 3 aya endirilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->