Xəbər lenti

Amerika investisiya fondu Avropada aktivlərini 1 trilyon dollara çatdıracaq
Dünya 16:04 12.05.2026

Amerika investisiya fondu Avropada aktivlərini 1 trilyon dollara çatdıracaq

ABŞ-ın "BlackRock”dan sonra dünyanın ikinci ən böyük aktiv idarəetmə şirkəti olan "Vanguard” Avropada fəaliyyətini ciddi şəkildə genişləndirməyi planlaşdırır. 

Qaynarinfo xəbər verir ki, bu barədə şirkətin Avropa üzrə idarəedici direktoru Conatan Kleborn "Reuters”ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, investisiya fondu növbəti beş il ərzində Avropadakı aktivlərini iki dəfə artıraraq 535 milyard dollardan 1 trilyon dollara çatdırmağı hədəfləyir.

Kleborn həmçinin qeyd edib ki, "Vanguard” Avropada pərakəndə investorlar üçün məhsul çeşidini genişləndirəcək. Planlara əsasən, birjada ticarət olunan indeks fondlarının (ETF) sayı 40-dan 60–70-ə qədər artırılacaq.

Şirkət eyni zamanda Avropanın fintex şirkətləri ilə əməkdaşlığını genişləndirməyi və Almaniya, İspaniya və Fransada öz komanda strukturunu böyütməyi nəzərdən keçirir.

Hazırda "Vanguard”ın qlobal aktivlərinin həcmi təxminən 10 trilyon dollar təşkil edir. Bunun əsas hissəsi ABŞ-da yerləşir, digər ölkələrdə isə təxminən 1 trilyon dollar həcmində aktiv idarə olunur.

Fond növbəti beş il ərzində ABŞ-dan kənarda idarə etdiyi aktivləri də iki dəfə artıraraq 2 trilyon dollara çatdırmağı planlaşdırır.

Aydın

--> -->