Xəbər lenti

Ukraynanın faydalı qazıntıları ilə bağlı ABŞ-la danışıqları necə başa çatıb?
Dünya 10:42 16.04.2025

Ukraynanın faydalı qazıntıları ilə bağlı ABŞ-la danışıqları necə başa çatıb?

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-la faydalı qazıntılarla bağlı danışıqları ''müsbət'' adlandırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Zelenski Odessa şəhərində NATO baş katibi Mark Rütte ilə birgə brifinq zamanı danışıb.

''Danışıqlar müsbət keçdi və baş tutdu. Bu, texniki komandanın görüşü idi. Bu səviyyədə görüşlər – müxtəlif formatlarda, həm oflayn, həm onlayn – həftə sonuna qədər davam edəcək. Bütün bu məsləhətləşmələrdən sonra komandalar hazır olduqda – məncə, hazır olacaqlar – görülən işləri təqdim edəcəklər. Hələlik hər iki tərəf görüşü müsbət şəkildə başa vurub. Məncə, bu doğrudur'', – Zelenski vurğulayıb.

UNIAN-ın yazdığına görə, Baş nazirin Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə müavini Olqa Stefanışina bildirib ki, Ukrayna gələcək faydalı qazıntılar haqqında sazişlə bağlı təkliflərini hazırlayıb və artıq ABŞ tərəfinə təqdim edib.

Stefanışina hesab edir ki, Ukrayna ilə ABŞ arasında məsləhətləşmələrin aparılması və Kiyevdə hazırlanmış bütün təkliflərin amerikalı tərəfə çatdırılması imkanının olması müsbət əlamətdir. Onun sözlərinə görə, bu təkliflərin hamısı müzakirə mövzusu olub və bəzi razılaşmalar əldə edilib.

Daha əvvəl birinci baş nazir müavini, iqtisadiyyat naziri Yuliya Sviridenko bildirmişdi ki, Ukrayna bu sazişin mətnini alıb və həmin sənəd üzərində işlənilir. Onun sözlərinə görə, bu, ABŞ-ın hüquqşünas məsləhətçilərinin mövqeyini əks etdirən işçi versiyadır. Ukrayna isə öz mövqeyini formalaşdırır və eyni zamanda saziş mətninə dair ictimai müzakirələrin danışıqlara yalnız zərər vurduğunu qeyd edib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->